Gürcüstanın daha bir bölgəsində təbii fəlakət

00:46 - 5 Avqust 2023 - GÜNDƏM

 Gürcüstanın daha bir bölgəsində təbii fəlakət

Güclü külək və leysan yağışları Gürcüstanın Kaxeti bölgəsində də ciddi problemlər yaradıb.

BUTA.TV xəbər verir ki, külək Qurcaani rayonunda 5 yaşayış binasının, 70-dən çox fərdi evin, eyni zamanda, Vercini, Kolaqi, Bakurçixi, Kardenaxi kəndlərində evlərin dam örtüyünü uçurub.

Küləyin kökündən qopardığı ağaclar elektrik enerjisi və təbii qaz kəmərlərini sıradan çıxarıb.

Hakimiyyət orqanları təbii fəlakət nəticəsindən evləri yararsız vəziyyətə düşmüş insanların müvəqqəti yaşayış məntəqələrində yerləşdiriləcəyini bildirib.

Hazırda bölgədə bərpa və yenidənqurma işləri görülür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol