Azərbaycan güləşçisi dünya çempionu oldu

23:32 - 5 Avqust 2023 - GÜNDƏM

 Azərbaycan güləşçisi dünya çempionu oldu

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.

BUTA.TV xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.

Yarışda 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Yusif Dursunov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

O, ilk görüşündə özbəkistanlı Eldorbek Xasanova tam üstünlüklə (11:0) qalib gəlib. Avropa çempionumuz dörddəbir finalda gürcüstanlı Aleksandr Abramişviliyə gücünü göstərib - 4:1. Yusif yarımfinalda ermənistanlı Henrik Haykyanı 6:2 hesabı ilə üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə qazaxıstanlı Yedige Kassimbeklə qarşılaşan idmançımız rəqibini 4:2 hesabı ilə məğlub edib.

Beləliklə, Yusif Dursunov Avropa çempionluğunun ardınca dünya çempionu tituluna da yiyələnib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol