“Çox varlı sevgilim var. Oliqarxdır, amma kimliyini açıqlamaq istəmirəm. Rusiyalı milyarder Roman Abramoviç səviyyəsində olan bir şəxsdir”.
BUTA.TV Bizim media-ya istinadən xəbər verir ki, bu sözləri ölkəmizi 2021-ci ildə “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Samirə Əfəndi deyib.
O, şəxsi həyatı barəsində danışanda etiraf edib ki,varlı iş adamı ilə eşq yaşayır: “Özəl təyyarə gəldi, məni Milanın “Malpenza” hava limanından götürdü, Avstriyaya uçdum. Səhər getdim, axşam isə qayıtdım. Düzdür, mən şəxsi həyatım barədə danışmağı sevmirəm. Çünki, gözə gəlirəm”. Samirə “oliqarx” kimi qələmə verdiyi sevgilisi ilə eşq yaşasa da, onunla ailə qurmaq fikrində olmadığını söyləyib: “Ailə qurmaq barədə danışmaq çox tezdir. Evlənmək istəmirəm. Bu barədə də düşünmürəm. Çünki evlilik üçün hər iki tərəf tam hazırlıqlı olmalıdır”.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik