İtaliyanın Sardiniya adasının şimal-şərq və cənub sahillərində meşə yanğınları baş verib, bölgədən ümumilikdə 600 nəfər təxliyə edilib.
BUTA.TV xəbər verir ki, adada irili-xırdalı 42 yanğının baş verdiyi və onlardan 12-sinin əhatə dairəsinin genişləndiyi, yanğınların söndürülməsi üçün mülki müdafiə qüvvələrinin səfərbər olunduğu bildirilib. Əraziyə, həmçinin yanğınsöndürən təyyarə və helikopterlər cəlb edilib.
Adanın cənubunda yanğınların əhatə dairəsinin və fəsadlarının böyük olduğu bildirilib. Bəzi avtomobil yolları müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.
Hazırda adada hökm sürən küləkli hava şəraiti yanğınların söndürülməsinə mane olur.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik