UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin püşkü atılıb.
BUTA.TV xəbər verir ki, Çempionlar Yolu və Liqa Yolunda bu raundun potensial cütləri müəyyənləşib.
Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray”ın potensial rəqibi “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) cütünün qalibi olacaq.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya “Dinamo”sunun mümkün rəqibi isə Belçika “Antverpen”idir.
Çempionlar Liqası
Pley-off mərhələsi
Çempionlar yolu
“Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi / “Yanq Boyz” (İsveçrə)
“Antverpen” (Belçika) / AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“Rakuv” (Polşa) – “Aris” (Kipr) cütünün qalibi / “Kopenhagen” (Danimarka) – “Sparta” (Çexiya) cütünün qalibi
“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) cütünün qalibi / “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün qalibi
Liqa yolu
“Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə) cütünün qalibi / PSV (Niderland) – “Şturm” (Avstriya) cütünün qalibi
“Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) cütünün qalibi / “Panatinaikos” (Yunanıstan) – “Marsel” (Fransa) cütünün qalibi
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 22-23 avqustda, cavab görüşləri isə 29-30 avqustda gerçəkləşəcək.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik