Polşa sərhəd xidmətinin komandiri Tomaş Praqa Polşa-Belarus sərhədinə daha min əsgərin köçürülməsi ilə bağlı Milli Müdafiə Nazirliyinə müraciət edib.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik məlumat verib.
Vonsikin sözlərinə görə, sərhəddə vəziyyət son dərəcə ağırdır:
“Miqrantların Polşa sərhədini qanunsuz keçmə prosesini Belarus Sərhəd Xidməti təşkil edir. Həmçinin, Belarusla sərhəddə miqrasiya təzyiqi də artmaqdadır. Vurğulamaq istəyirəm ki, Belarus və Rusiya 40-dan çox ölkədən qaçaqmalçı və miqrantları xüsusi xidmət orqanları vasitəsilə işə götürür. Çünki biz Polşa-Belarus sərhədində bir çox millətlərin nümayəndələrini qeydə almışıq".
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik