Sumqayıtda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sahil zolağı, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən “1-ci Sumqayıt Tikinti-Quraşdırma” MMC-yə məxsus “Şərur” kafesində planlı yoxlama aparılıb.
Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə sanitariya-gigiyena tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, həmçinin üzərində markalanması aparılmayan, mənşəyi məlum olmayan qatıq və istehlak müddəti ötmüş qazsız sular aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, iş personalının üzvlərinin işdən kənarlaşdırılması, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik