Rusiya Azərbaycanın 36 ton moruğunu ölkəyə buraxmadı

16:40 - 8 Avqust 2023 - GÜNDƏM

 Rusiya Azərbaycanın 36 ton moruğunu ölkəyə buraxmadı

Azərbaycandan Rusiyaya 2 partiyada 36 ton təzə moruğun ixracının qarşısı alınıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Azərbaycandan gətirilmiş məhsulu Rusiyanın karantin fitosanitar tələbləri pozulduğuna görə, iki ölkənin sərhədində “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinin əməkdaşları saxlayıb.

Yoxlamalar zamanı etiket məlumatı ilə fitosanitar sertifikat arasında uyğunsuzluq müəyyənləşdirilib. Məhsulları daşıyan yük maşınları Azərbaycana geri qaytarılıb.

Təqsirkarlar barədə Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 10.2-ci “Karantin altında olan məhsulların (karantin materialı, karantin yükü) idxalı və ixracı qaydalarının pozulması” maddəsi ilə inzibati iş başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol