Kürdəmirdə bu yolda daha bir qəza baş verdi: ölən var

16:54 - 8 Avqust 2023 - GÜNDƏM

 Kürdəmirdə bu yolda daha bir qəza baş verdi: ölən var

Kürdəmir rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

KİA markalı avtomobilinin "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər ağır xəsarət alıb, 1 nəfər isə ölüb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Meyit isə aidiyyəti üzrə təhvil verilib.

Hazırda fakt araşdırılır.

Qeyd edək ki, bu gün sözügedən yolda yük daşıyan TIR aşıb, nəqliyyat vasitəsinin qoşqusunda olan yüklər yola dağılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol