Abşeronda yaşayış binasında yanğın: 15 nəfər təxliyə edildi

17:20 - 8 Avqust 2023 - GÜNDƏM

 Abşeronda yaşayış binasında yanğın: 15 nəfər təxliyə edildi

Abşeronda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Güzdək qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində hər birinin ümumi sahəsi 69 m² olan iki üçotaqlı mənzilin eyvanının yanar konstruksiyaları ümumilikdə 6 m² sahədə və 2 ədəd plastik qapı yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol