“Su səsi” restoranında nöqsanlar aşkarlandı

18:34 - 8 Avqust 2023 - GÜNDƏM

 “Su səsi” restoranında nöqsanlar aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BUTA.TV-a verilən məlumata görə, Göygöl rayonunun Zurnabad kəndində fəaliyyət göstərən “Su səsi” restoranında mənşəyi məlum olmayan və keyfiyyətsiz qida məhsullarının təqdim edilməsi ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında fiziki şəxs Qurbanov Ramin Yunis oğluna məxsus restoranda yoxlama aparılıb.

Yoxlama zamanı ictimai iaşə müəssisəsində digər istehsalçılara məxsus butulkalarda qablaşdırılmış, üzərində tərkibi, istehsal və son istifadə tarixləri göstərilməyən kompotlar, mənşəyi məlum olmayan süd məhsulları aşkarlanıb. Həmçinin qida məhsullarının çirklənmə riski yaradacaq şəraitdə, mal qonşuluğu qaydalarına riayət olunmadan saxlanıldığı müşahidə olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq istehlaka yararsız qida məhsullarının istifadəsinin qarşısı alınıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati qaydada tədbir görülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol