Azərbaycan Musurmanovu Özbəkistana ekstradisiya etdi

18:50 - 8 Avqust 2023 - GÜNDƏM

 Azərbaycan Musurmanovu Özbəkistana ekstradisiya etdi

Azərbaycan həbsdə olan Özbəkistan vətəndaşını ekstradisiya edib

Bu barədə BUTA.TV-a Baş Prokurorluqdan bildirilib.

Bildirilib ki, Özbəkistan prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

"Özbəkistanda dələduzluq əməlini törətməkdə təqsirləndirilərək 2022-ci ildən etibarən həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilən, Özbəkistan Respublikasının vətəndaşı, 24.03.1993-cü il təvəllüdlü Davron Musurmanoviç Musurmanovun verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Davron Musurmanov cari ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib", - məlumatda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol