"Sabah" klubunun baş məşqçisi Murad Musayev azarkeşlərə müraciət edib.
BUTA.TV xəbər verir ki, rusiyalı mütəxəssis tərəfdarları Bakıda Serbiya "Partizan"ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda komandasına dəstək olmağa çağırıb.
"Hörmətli azarkeşlər. Bir neçə ildir eyni arzu ilə yaşayırdıq - avrokuboklara vəsiqə qazanmaq. Klubun hər bir əməkdaşı ev oyunumuzu doğma meydanımızda keçirmək üçün böyük iş gördü. Sizin də dəstəyinizlə bundan öncə evdə keçirdiyimiz çətin matçda geridönüş edərək tarixi qələbə qazandıq. Biz bunun öhdəsindən gələ bildik. Qarşılığında əldə etdiklərimiz isə tamamilə qiymətsizdir. Dəstəyiniz möhtəşəm idi. İndi bizi doğma meydanda "Partizan"a qarşı daha bir tarixi oyun gözləyir. Dəstəyiniz böyük təsirə malikdir. Gəlin, "Sabah"a dəstək olun. Yolunuzu gözləyirik", - M.Musayev bildirib.
Qeyd edək ki, avqustun 10-da "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik