Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli ötən həftə sosial şəbəkə hesabında açdığı canlı yayımda “German Hospital”dan şikayət edib. O bildirib ki, həkim səhvi nəticəsində səhhətində ciddi problemlər yaranıb.
İfaçı vurğulayıb ki, məsələni belə qoymayacaq və münasibətləri hüquqi müstəvidə aydınlaşdıracaq.
Qeyd edək ki, bu tibb müəssisəsi PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur. Sözügedən iddialarla bağlı İlham Əliyevin də mövqeyini öyrəndik. Sabiq deputat Bizim.Media-ya açıqlamasında Roza Zərgərlinin iddialarını qəbul etməyib.
O, “Deyilənlərin hamısı yanlışdır. Sağ olun”- deyərək telefonun dəstəyini asıb.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik