Fransadan Azərbaycan şəhərinə “yardım” göndərildi

15:50 - 9 Avqust 2023 - GÜNDƏM

 Fransadan Azərbaycan şəhərinə “yardım” göndərildi

Artıq 15 gündür Azərbaycanla sərhəddə yerləşən Kornidzorda Laçın sərhəd-buraxılış məntəqəsindən keçmək üçün gözləyən TIR-lara biri də qoşulub.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, separatçıların nümayəndəsi Vardan Sərkisyan yük maşınlarının ümumi sayının 22-yə çatdığını bildirib.

O, İrəvandan yola çıxan sonuncu yük maşınının Fransanın bir sıra bölgələrindən toplanan 20 ton ərzaq məhsulu daşıdığını deyib.

Qeyd edək ki, ilk olaraq İrəvandan Xankəndiyə 19 TIR göndərilmiş, sonra isə daha 2 TIR Azərbaycanla sərhəddə gəlmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol