Bakıda restoranın həyətində ağac qanunsuz kəsildi

17:36 - 9 Avqust 2023 - GÜNDƏM

 Bakıda restoranın həyətində ağac qanunsuz kəsildi

Bakı şəhəri, Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən "Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub.

Bu barədə BUTA.TV-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib.

O bildirib ki, araşdırma zamanı ağacın sözügedən restoran tərəfindən kəsildiyi aşkarlanıb:

"Faktla bağlı akt tərtib edilib. Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol