Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-Prisinin qalibi və yüngül çəkidə mütləq çempion, eyni zamanda “ONE Fight Night 13”də növbəti qələbəsini qazanan Çingiz Əlləzov Vətənə qayıdıb.
BUTA.TV xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər və media nümayəndələri qarşılayıblar.
Otuz yaşlı döyüşçü Tailandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib. Ç.Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunub.
Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı “One Championship”in çempionu olub. O, “ONE Fight Night-6” turniri çərçivəsində yüngül çəkidə keçmiş çempion, Tayland döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik