Rusiyadan Şimali Kiprlə bağlı gözlənilməz qərar

20:34 - 9 Avqust 2023 - GÜNDƏM

 Rusiyadan Şimali Kiprlə bağlı gözlənilməz qərar

Rusiya Şimali Kiprdə konsulluğunu açacaq.

BUTA.TV xəbər verir ki, bu barədə TASS-a bir səlahiyyətli nümayəndə yaxın vaxtlarda Nikosiyanın şimal hissəsində konsulluq xidmətinin göstəriləcəyini söyləyib.

Bildirilib ki, Moskva rəhbərliyi Şimali Kipr Türk Cümhuriyyətində konsulluq açmağa qərar verdiyini dünyaya bəyan edib. Rusiyanın geniş əks-səda doğuran bu qərarı ŞKTC-nin tanınması istiqamətində atılan ilk addım kimi şərh edilib.

Rusiyanın Kipr səfirliyindən bir səlahiyyətli isə tezliklə Lefkoşa şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacaqlarını, işlərin müntəzəm həyata keçiriləcəyini vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol