Arif Alvi Milli Assambleyanın buraxılmasını təsdiqlədi

00:58 - 10 Avqust 2023 - GÜNDƏM

 Arif Alvi Milli Assambleyanın buraxılmasını təsdiqlədi

Pakistan Prezidenti Arif Alvi Baş nazir Şahbaz Şərifin göndərdiyi Milli Assambleyanın (parlamentin aşağı palatası) vaxtından əvvəl buraxılması barədə sənədi təsdiq edib.

BUTA.TV xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Prezident Arif Alvi konstitusiyanın 58-1-ci maddəsinə uyğun olaraq Baş nazirin məsləhəti ilə Milli Məclisi buraxıb”, - məlumatda bildirilir.

Qeyd edək ki, parlament seçkiləri baş tutana qədər Şahbaz Şərif müvəqqəti hökumətə başçılıq edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol