Türkiyədə işsizliyin səviyyəsi artdı

13:34 - 10 Avqust 2023 - GÜNDƏM

 Türkiyədə işsizliyin səviyyəsi artdı

Türkiyədə iyun ayında işsizliyin səviyyəsi 0,1 faiz artaraq 9,6% təşkil edib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat verib.

Məlumata görə, iyun ayında ölkədə 15 yaşdan yuxarı olan işsizlərin sayı may ayı ilə müqayisədə 2 min nəfər artaraq 3 milyon 337 min nəfərə çatıb. İşsizlik nisbəti kişilər üçün 7,8%, qadınlar üçün 13,2% təşkil edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol