Ukrayna daxili işlər nazirinin müavini səfirimizlə görüşdü

19:56 - 10 Avqust 2023 - GÜNDƏM

 Ukrayna daxili işlər nazirinin müavini səfirimizlə görüşdü

Ukrayna daxili işlər nazirinin müavini Bohdan Drapyatı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, danışıqların əsas mövzusu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub.

Xüsusilə, ölkəmizin Ukraynadakı səfiri rəsmi Kiyevə yardım paketinin həcminin artırılmasını açıqlayıb.

“Biz sizin dözümlülüyünüzə və cəsarətinizə heyran olduğumuzu bildirmək istəyirik. Bu səbəbdən biz Ukraynaya humanitar minatəmizləmə məsələsi də daxil olmaqla, yardım paketinin həcmini artırmaq qərarına gəldik. Biz artıq Ukraynaya kömək etmək üçün öz üzərimizə siyasi öhdəliklər götürmüşük”, - Mərdəliyev bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol