Cavan "Sabah" yaşlı "Partizan"a dərs keçdi - Dulyay

22:42 - 10 Avqust 2023 - GÜNDƏM

 Cavan

Bütün amillərdə rəqibdən geri qaldıq.

BUTA.TV xəbər verir ki, bunu Serbiyanın "Partizan" komandasının baş məşqçisi İqor Dulyay Bakıda "Sabah"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis Bakı təmsilçisinin təzyiqi qarşısında tab gətirə bilmədiklərini söyləyib:

"Müdafiəçilərə fikirləşməyə vaxt vermirdilər. 15-20 dəqiqədən sonra oyuna qoşula bildik, amma artıq gec idi. Bu gün cavan "Sabah" yaşlı "Partizan"a dəsr keçdi. Rəqib baş məşqçini təbrik etdim. Növbəti oyunda nələr olacağını görəcəyik".

O, bu yay "Neftçi"dən transfer etdikləri Matias Saldanyanın çıxışına da toxunub:

"Əla futbolçudur, ona inanıram. Yüksək səviyyədə çıxış edir. Sadəcə, uyğunlaşması üçün vaxt lazımdır".

Dulyay növbəti mərhələ şanslarını da dəyərləndirib: "Bir az sakitləşib, oyunu təhlil etməliyik. Öz meydanımızda başqa oyun göstərə bilərik. Azarkeşlərimizin də dəstəyi ilə daha yaxşısını etmək olar".

Qeyd edək ki, cavab oyunu avqustun 17-də Belqradda olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol