Xaçmazda kütləvi dava:iki qardaş döyüldü

09:10 - 11 Avqust 2023 - GÜNDƏM

 Xaçmazda kütləvi dava:iki qardaş döyüldü

Xaçmaz rayonunda kütləvi dava olub, iki qardaş xəsarət alıb.

BUTA.TV xəbər verir ki, rayon sakinləri, 1988-ci il təvəllüdlü Müzəffər Eyvaz oğlu Məhərrəmov və onun qardaşı, 1979-cu il təvəllüdlü Məlik Eyvaz oğlu Məhərrəmovun tanıdıqları şəxslərlə aralarında mübahisələri düşüb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Nəticədə Məhərrəmov qardaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol