Qərbin əsas vəzifəsi sabitliyi pozmaqdır - Rusiya

10:42 - 11 Avqust 2023 - GÜNDƏM

 Qərbin əsas vəzifəsi sabitliyi pozmaqdır - Rusiya

Qərbin əsas vəzifəsi bütün Avrasiya məkanında sabitliyi pozmaqdır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Dmitri Biriçevski deyib.

“Eyni zamanda, Mərkəzi Asiya regionunun xammal ehtiyatlarını müstəsna olaraq öz xarici iqtisadi maraqlarına tabe etməkdə maraqlı olduqlarını belə gizlətmirlər. Belə bir şəraitdə biz inteqrasiya olunmuş qarşılıqlı fəaliyyət, səylərin, ilk növbədə idxalın koordinasiyası və texnoloji suverenliyin gücləndirilməsi sahəsində milli iqtisadiyyatların sabitliyini artırmaq üçün tərəfdaşlarla sıx birgə işi davam etdirməyə yönəlmişik”, - Biriçevski bildriib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol