ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı hazırladığı sənəd bizim üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT/DİTHB-nin hazırladığı sənədi şərh edərkən söyləyib.
“ATƏT/DTİHB-in sənədi Venesiya Komissiyasının sənədi ilə eyni qüvvəyə malikdir. Bu, tövsiyə sənədidir və biz yalnız hüquqi arqumentlərə əsaslanan şərhlərə münasibət bildirməyə borcluyuq. ATƏT/DTİHB sənədi heç bir hüquqi arqumentə əsaslanmır, Venesiya Komissiyasının şəffaflığın pis olduğu qənaətini praktiki olaraq təkrarlayır. Biz bilirik ki, şəffaflıq ən mühüm Avropa dəyərlərindən biridir və şəffaflıq pis ola bilməz. Şəffaflığın pis olduğunu deyən sənədin bizim üçün hüquqi dəyəri ola bilməz. Buna uyğun olaraq, biz Avropa İttifaqının əvvəldən qurulduğu prinsiplərə uyğun hərəkət edəcəyik”, - baş nazir vurğulayıb.
Baş nazir bildirib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə bağlı Gürcüstanın Vilnüsdəki səfirinin Litva Xarici İşlər Nazirliyinə çağırılması da cavab tələb edirdi:
“Bu, sadəcə olaraq, həyasızlıqdır və başqa bir şey deyil”.
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys