Avropa Birliyinin İran hökumətinin bir sıra qurumları və şəxslərinə qarşı tətbiq etdiyi yeni sanksiyaları dəstəkləyirik.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Abraham Pili deyib.
"Biz raketlərin və pilotsuz təyyarələrin hazırlanmasında, onların hərbiləşdirilmiş proksi qruplara və terrorçulara paylanmasında iştirak edən bir neçə iranlı şəxs və quruma qarşı AB-nin bugünkü sanksiyalarını alqışlayırıq. Tehranın təhdid dairəsi genişdir və qlobal sabitlik, rifah və təhlükəsizliyi pozur. Bu gün biz İslam Respublikasına qarşı sanksiyalarımıza da əlavələr etdik”,- Pili bildirib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi mayın 31-də İranın pilotsuz təyyarə proqramında fəal olan 4 müəssisə və 1 şəxsə sanksiya tətbiq etdiyini açıqlayıb.
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys