Ural Dövlət Universitetinin mütəxəssisləri diabetli xəstələrdə qan şəkərinin səviyyəsini azalda biləcək içkinin hazırlandığını açıqlayıblar.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, içki ikinci dərəcəli qida məhsullarından, o cümlədən toyuq ətindən əldə edilən zülal hidrolizatından istifadə edən unikal formula əsaslanır.
Alimlər bildirib ki, bu içki 1-ci tip diabet üçün ənənəvi müalicəni effektiv şəkildə tamamlaya bilər.
Tədqiqatçılar hər yeməkdən əvvəl bu içkinin içilməsinin insulin istehlakını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcəyini bildiriblər. Onların hesablamalarına görə, bu, qanda qlükoza səviyyəsinə nəzarət etmək və bu xəstəliklə bağlı ağırlaşma riskini azaltmaq üçün mühüm addım ola bilər.
Diabetin qeyri-adekvat müalicəsi görmə itkisi, ətrafların amputasiyası, böyrək çatışmazlığı, infarkt və insult kimi ciddi fəsadlara səbəb ola bilər.
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys