Gəlin, həqiqəti deyək: Ermənistanın bütün bugünkü problemləri və bədbəxtlikləri Azərbaycan SSR-ə qarşı ərazi iddiaları irəli sürüldüyü andan qaynaqlanır və məhz bu səbəbdən Cənubi Qafqazda millətlərarası münaqişənin uzunmüddətli qanlı dalğası başlayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
O bildirib ki, Sovet dövründə Bakıda ermənilər Məsihin qoynundakı kimi yaşayırdılar:
“Məhz bədnam “Qarabağ Komitəsi”nin fəaliyyəti - hələ Baltikyanı separatçı hərəkatların yaranmasından əvvəl - mənim Vətənimin - Sovet İttifaqının parçalanması prosesini başlatdı. Ona görə də ən yüksək ədalət Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindədir. Məhz buna görə də Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi əvvəlcədən müəyyən edilmiş və tarixi qaçılmazlıq idi.
Mən SSRİ-nin dağılmasında günahı olanları, Gümrüdə desantlarımızı öldürənləri, Moskva metrosunu partladanları heç vaxt bağışlamayacağam.
Erməni xalqına - dövlət sərhədinin delimitasiyası və demarkasiyası və onun Ermənistan SSR-də olduğu kimi müəyyən edilməsindən sonra - sakit və dinc inkişaf arzulayıram. Paşinyanlı və ya Paşinyansız, özünüz qərar verin”.
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys