Altıncı dəfə mövsümü "qızıl dubl"la bitirdik. Gözəl hisslərdir.
BUTA.TV xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun qalibi olmaqları barədə danışarkən deyib.
Funksioner gözəl oyuna görə "Zirə"ni təbrik edib: "Rəşad Sadıqov çox yaxşı əzmkar komanda formalaşdırıb. Biz də fantastik mübarizə apardıq. Futbolçularımla qürur duyuram. Növbəti hədəf Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil etməkdir".
Qeyd edək ki, "Qarabağ" finalda "Zirə"yə 2:1 hesabı ilə qalib gələrək tarixində 8-ci dəfə Azərbaycan Kubokunun qalibi olub.
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı