ABŞ-dan 300 km mənzilli ATACMS ballistik raketlərini alması o deməkdir ki, Ukrayna artıq işğal altında olan Krımda istənilən hədəfi vura bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Ekonomist” nəşri yazıb.
“Krımda aparılan kampaniyanın effektivliyi göstərir ki, Ukrayna bir əlini arxasına bağlayaraq döyüşmək məcburiyyətində qalmasaydı, nələrə nail ola bilərdi”, - nəşr bildirib.
Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin Krımda hərbi infrastruktura böyük sərmayə qoyub və indi o, təhlükə altındadır.
Britaniyalı strateq Lourens Fridman nəşrə açıqlamasında bildirib ki, Krım Rusiyanın zəif nöqtəsidir:
“Onun Krımda müdafiə edəcəyi çox şey var, ona görə də bu, gələcəkdə güzəştə getməsi üçün Ukraynanın Putinə real təzyiq göstərməsinin ən yaxşı yoludur”.
“Ekonomist” yazıb ki, Ukrayna artıq Fransa və Britaniya istehsalı olan “Storm Shadow” və SCALP qanadlı raketləri, eləcə də özünün suüstü dronları vasitəsilə Rusiya hərbi gəmilərini vurmaq qabiliyyətini nümayiş etdirib:
“Ukrayna PUA və raketləri bir vaxtlar nəhəng olan Qara dəniz donanmasının yarısını məhv etdi. Rusiya donanmasının qalan hissəsini Sevastopoldan 300 km-dən çox məsafədə yerləşən Novorossiysk limanına köçürmək məcburiyyətində qaldı. Novorossiysk özü isə mayın 17-də dəniz və hava dronları ilə hücuma məruz qalıb. Daha sonra dəmir yolu və elektrik stansiyası, eləcə də dəniz bazası zədələnib. Ancaq indi Ukrayna Rusiyanın Krımda hava hücumundan müdafiəsini sistematik şəkildə zəiflətmək, rus təyyarələrinin qalxdığı aviabazaları vurmaq və kritik logistika və iqtisadi obyektlərə zərbələr endirmək üçün ATACMS və getdikcə daha da təkmilləşən dronların ölümcül birləşməsindən istifadə edir. Rusiyanın hava hücumundan müdafiə şəbəkəsinin sıradan çıxarılmasına diqqət də Avropadan F-16 qırıcılarının ilk partiyalarının tezliklə gəlməsinə hazırlıqların bir hissəsi ola bilər”.
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı