“Əmək pensiyaları haqqında” qanuna ediləcək yeni dəyişikliklər Milli Məclisin sonuncu plenar iclasında 2-ci oxunuşda qəbul olundu. Yeni dəyişikliklər ilə bağlı ən çox ünvanlanan suallardan biri də onun hərbiçilərin pensiyalarına necə təsir etməsi ilə bağlıdır.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır:
“Qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq.
Qeyd edək ki, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan verəcək”.
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video