AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
BUTA.TV xəbər verir ki, toplantıya sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib.
Öncə icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
İclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda “Qəbələ”yə dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.
Sonra toplantıda AFFA-nın strategiyası və uşaq futboluna dair məsələlərlə bağlı müzakirələr aparılıb. Strategiyanın yazılması üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə əməkdaşlıq ediləcək. Bu prosesə yerli mütəxəssislərin də cəlb olunmasının önəmi qeyd olunub.
AFFA İcraiyyə Komitəsinin üzvləri I və II Liqada mövcud vəziyyətlə bağlı da müzakirələr aparıblar.
Aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri ilə müqavilələrin sentyabr ayına kimi uzadılması barədə qərar verilib. Müvafiq yaş qrupları üzrə yığmaların baş məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.
Elxan Abdullayev - U-19
Füzuli Məmmədov - U-18
İlham Yadullayev - U-17
Aqil Nəbiyev - U-16
İcraiyyə Komitəsində Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı məsələ də müzakirə olunub və növbəti günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
- ABŞ Putinə hücum əməliyyatında iştirak edib - Piter Teys
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video