İsrail ordunun Qəzza zolağında hərəkətlərinə dəstəyi artırmaq məqsədilə ictimai rəyi formalaşdırmaq və siyasətçilərə təsir etmək üçün ABŞ-da böyük gizli əməliyyat keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” israilli məmurlar və əldə olunan sənədlərə istinadla məlumat yayıb.
“İsrail Qəzzaya qarşı müharibədəki hərəkətlərinə dəstəyi artırmaq üçün ötən il ABŞ qanunvericilərinə və ictimaiyyətinə təsir kampaniyası təşkil etdi və bunun üçün pul ödədi”, - məlumatda qeyd olunub.
Mənbələrin məlumatına görə, 2 milyon dollarlıq təsir əməliyyatı İsrailin Diaspor İşləri Nazirliyi tərəfindən təşkil edilib və siyasi marketinq şirkəti “Stoic” tərəfindən həyata keçirilib.
Bildirilib ki, əməliyyat HƏMAS-ın Qəzza zolağı ilə sərhəddə yaşayan israillilərə hücumundan cəmi bir neçə həftə sonra başlayıb.
Hətta ABŞ-da israillilər tərəfindən qurulan onlarla texnologiya şirkətinə ölkələrinin “rəqəmsal əsgəri” olmağa təşviq edən məktublar göndərilib. Bu məktubların göndərilməsində dövlət elektron ünvanlarından da istifadə edilib.
Hazırlıq mərhələsində sosial şəbəkələrdə yüzlərlə “saxta” hesab yaradılıb, daha sonra bu hesablardan İsrail ordusunun Qəzzadakı əməliyyatını dəstəkləyən şərhlər yazmaq üçün istifadə edilib. Onlar ilk növbədə amerikalı konqresmenlərə, xüsusən də Nümayəndələr Palatasındakı Demokratik azlığın lideri Hakim Ceffrisə qarşı istifadə edilib.
Bundan başqa, “ChatGPT” şəbəkəsinin köməyilə ölkə gündəmini təbliğ edən materialların yerləşdirildiyi üç psevdoxəbər saytı yaradılıb.
“Nyu York Tayms” yazır ki, bu, İsrail hakimiyyətinin Vaşinqtona təsir etmək üçün kampaniya apardığı ilk təsdiqlənmiş hadisədir. Amma İsrailin Diasporla İş üzrə Nazirliyi bu cür hərəkətləri və “Stoic” şirkəti ilə hər hansı əlaqəni təkzib edir.
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab