Kanadanın Toronto şəhərində yerləşən Ontario Qanunvericilik Assambleyasının önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən BUTA.TV-a bildirilib ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Toronto Azərbaycan Evinin təşkilatçılığı və sabiq vətəndaşlıq və multikulturalizm naziri Toni Ruprextin moderatorluğu ilə baş tutan mərasimdə çıxış edən Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş Azərbaycan və Türkiyənin tarix boyu bütün çətinliklərə sinə gərdiyini, Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” tarixi kəlamını xatırladıb, bu dostluq və qardaşlıq münasibətlərinin əbədi və sarsılmaz olduğunu dilə gətirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Ontario Qanunvericilik Assambleyasının spikeri Ted Arnot, Ontario əyalət parlamentinin üzvü Kris Qlover və çıxış edən digər rəsmilər 28 May – Müstəqillik Günü münasibətilə azərbaycanlıları təbrik edib, bu möhtəşəm hadisənin tarixi, önəmi, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə fikirlərini söyləyib, Azərbaycan icmasının Kanadanın ictimai-siyasi, iqtisadi-sosial, humanitar sahələrinə və mədəni müxtəlifliyinə verdiyi töhfələri diqqətə çatdırıblar.
Rəsmi hissənin sonunda Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli Bayrağımız Lalin Həsənova və Səlhət Abbasova tərəfindən Ontario qanunvericilik binasının önündə səmaya ucaldılıb.
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab