Türkiyə xarici işlər naziri Hakan Fidanın Çinə 3 günlük səfəri zamanı Sincan-Uyğur Muxtar Bölgəsinin (Doğu Türküstan) paytaxtı Urumçiyə getməsi, orada məscidə baş çəkməsi və bazarda uyğurlarla fikir mübadiləsi aparması təqdirəlayiqdir. Səfərdən bir gün əvvəl Hakan Fidanın Urumçi və Kaşğarın Çin mədəniyyətinə böyük töhfələr verən qədim türk-müsəlman şəhərləri olduğunu vurğulaması Pekinə yumşaq mesajdır.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bir səfərlə Pekinin uyğurlara qarşı tətbiq etdiyi sərt siyasətdən, zorakı qaydaların tətbiqindən imtina etməyəcəyi aydındır:
“Bütün hallarda Ankara Pekinin uyğurlara münasibətinin dəyişməsinə çalışır. Dünyanın əksər dövləti Çinlə iqtisadi əlaqələri genişləndirmək və ortaq layihələr reallaşdırmaq istəyir, bu ölkənin maliyyə imkanlarından faydalanmağa çalışır. Türkiyə də istisna deyil. Ankara eyni zamanda Pekinlə dialoqunda uyğur mövzusunu arxa plana keçirmir, Hakan Fidanın səfəri buna sübutdur. Bunun yetərli olmadığını söyləyənlər ola bilər, ancaq Türkiyənin xaricində hansı müsəlman ölkəsi uyğurlar üçün bundan artığını edir?”
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab