Rusiya nüvə silahı daşıya bilən döyüş təyyarələrinin havaya qalxacağı NATO hava bazalarını məhv edə bilər.
BUTA.TV xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor Qərb qoşunlarının Ukraynaya göndəriləcəyi halda yaranacaq vəziyyəti şərh edərkən deyib.
“Ruslar bizə xəbərdarlıq etdilər: “Əgər ərazimizə hücum etsəniz, cavab vermək hüququmuz var”. Konkret olaraq, biz F-15-ə çox güvənirik. Bu, əla maşındır, böyük bombardmançıdır və ruslar onun nüvə silahı daşıya biləcəyini bilirlər. Ukraynadakı qoşunlarımızı dəstəkləmək üçün çoxlu sayda təyyarədən istifadə etməli olacağıq. Əgər ruslar bu F-15-lərin onlara doğru uçduğunu görsələr, yəqin ki, bütün aerodromlarımızı vurmalı olacaqlar”, - o bildirib.
Makqreqorun fikrincə, ABŞ-ın təcavüzü halında Rusiya ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı aviabazalarını taktiki nüvə başlıqları ilə məhv etməyə məcbur olacaq.
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab