Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlim-metodiki toplantıda ilk olaraq zabitlərə sıra baxışı keçirilib və məşğələlərə hazırlıqları yoxlanılıb.
Toplantıda əsas diqqət taktiki, atəş, fiziki, sürücülük, artilleriya, mühəndis və sıra hazırlığından praktiki nümayiş məşğələlərinin planlaşdırılaraq keçirilməsinə yönəldilib. Zabitlərin nəzəri biliklərinin, praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən məşğələlərdə müasir ümumqoşun döyüşündə yaranmış yeni tələblərin vacibliyi, idarəetmədə ola biləcək problemlər və onların həlli istiqamətində suallar işlənilib.
Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib.
- Səfirimiz Lavrovun müavini ilə görüşdü: AZAL qəzası...
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab