“Qarabağ”ın fəxri prezidenti Abdolbari Gözəl klubu ziyarət edib.
BUTA.TV xəbər verir ki, o, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Əmrah Çelikəl, Asif Əsgərov, Rafiq Şahverdiyev, Nazim Quliyev və baş məşqçi Qurban Qurbanovla görüşüb.
Fəxri prezidentə komandanın 2023/2024-cü illər mövsümündə qazandığı Azərbaycan Premyer Liqasının çempionluq kuboku və ölkə kuboku təqdim olunub.
A.Gözəl komandanın avrokuboklarda uğurla çıxış etməsi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olması münasibətilə klubun rəhbərliyi, baş məşqçisi, texniki heyəti, futbolçuları və uğurlarda əməyi keçən bütün əməkdaşlarını təbrik edib.
Fəxri prezident komandaya beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb. O, indiyədək olduğu kimi, bundan sonra da “Qarabağ”a lazım olan maddi və mənəvi dəstək veriləcəyini, eləcə də komandaya inamını dilə gətirib.
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı