Ermənistan heç bir ölkə ilə hərbi baza yerləşdirmək və ya strateji müttəfiqliyə qoşulmaq məsələsini müzakirə etmir və danışıqlar aparmır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, eyni hərəkətlər dövlətin suverenliyinə təhlükə yaradır:
"Əvvəla, xahiş edirəm, dayanın, bizi təhdid etməyin. KTMT haqqında danışmağı dayandırın. Təşkilatdan danışanda gəlsinlər desinlər ki, KTMT sərhəddi hardadır, onun həm KTMT-nin tərəfdaşı kimi, həm də Ermənistan-Rusiya müqaviləsinin tərəfi kimi hansı öhdəlikləri var. Bizim suveren ərazimizlə bağlı belə bəyanatlar verməyin".
Qeyd edək ki, daha öncə Qaluzin açıqlamasında Ermənistanın hərəkətlərinin Rusiya və digər KTMT ölkələri ilə vahid müdafiə məkanının yaradılması üzrə birgə işə qayıtmağı qeyri-mümkün edə biləcəyini bildirib.
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı