Silahlı hücuma məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso Avropa Parlamentinin seçkiləri üçün səsvermə haqqını müalicə aldığı xəstəxanada istifadə edib.
BUTA.TV xəbər verir ki, bu barədə o, Feysbuk hesabında yazıb.
“Səsimi xəstəxanada istifadə etdim. Çünki bu seçkilər önəmlidir. Sülh təşəbbüslərini dəstəkləyən Avropa Parlamenti üzvlərini seçmək lazımdır, müharibənin davam etməsini istəyənləri yox”, - o bildirib.
Qeyd edək ki, Slovakiyada yerli vaxtla saat 07:00-da başlayan səsvermə proseduru 22:00-dək davam edəcək. 22 partiya və 1 ittifaqın yarışdığı seçkilərdə AP-nin 15 yeni üzvü müəyyənləşəcək.
- Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
- Mehdiyev Əli Kərimli və Abbas Abbasovla bağlı sualları cavabladı
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı