Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 18 spirtli içki viskinin oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Vüsal Məmmədli saxlanılıb.
Araşdırma zamanı onun ümumilikdə 7 evdən oğurluq etdiyi müəyyənləşdirilib. V.Məmmədli oğurladığı qızılları Buzovna qəsəbəsindəki mağazaya satıb.
Qeyd edək ki, saxlanılan şəxs oğurluq etdiyi evlərdən birini pəncərədən tərk edən zaman mənzildə onun ayaq izləri qalıb. Polisin məhz ayaq izindən başladığı araşdırmalar sonda V.Məmmədlinin saxlanılması ilə nəticələnib.
V.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
- Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...