Bakıda binada yanğın olub, 27 sakin təxliyə edilib.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, A.Cəlilov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çoxmənzilli yaşayış binasının şaxtasındakı elektrik naqillərində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində elektrik naqillərində baş vermiş yanğın qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən 6-sı azyaşlı olmaqla 27 bina sakini təxliyə edilib.
Xəsarət alan yoxdur.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!