Çinin Avropa Birliyinin Çin istehsalı olan elektrik avtomobillərinə əlavə gömrük rüsumlarının tətbiq edilməsi ilə bağlı son qərarına çoxsaylı cavabı var. Amma Pekin AB ilə ticarət müharibəsindən yayınmaq üçün daha çox danışıqları arzulayır.
BUTA.TV xəbər verir ki, bu barədə nüfuzlu “China Daily” qəzetində bildirilib.
Məqalədə Avropa Komissiyasının Çin istehsalı olan elektrik avtomobillərinə 38,1 faizə qədər idxal rüsumunun tətbiq ediləcəyi ilə bağlı qərarına Pekinin necə cavab verəcəyi vurğulanıb.
Çin Maşınqayırma və Elektron Məhsulların İxracı və İdxalı Ticarət Palatasının baş katibi Sun Siaohon qəzetə müsahibəsində AB-nin qərarının səbəbsiz olduğunu, Dünya Ticarət Təşkilatının prinsiplərinə uyğun gəlmədiyini deyib. Baş katib hesab edir ki, Avropa Komissiyasının qərarı siyasi motivli və proteksionizm yönümlüdür.
“Çinin bir çox müvafiq əks tədbirləri var, lakin ölkə mümkün qədər ticarət müharibəsindən qaçmaq üçün AB ilə danışıqlar aparmağa daha çox hazırdır”-, deyən Sun Siaohon əlavə edib ki, yalnız əməkdaşlıq Avropaya sənaye transformasiyasını və modernləşməsini sürətləndirməyə kömək edəcək.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!