Bəzən kimlərsə parlamenti özünün şəxsi auditoriyası hesab edir. Çoxluq azlığa tabe olur. Amma indi vəziyyət fərqlidir. Kimlərsə parlamentin binasından çıxan kimi jurnalistləri başına yığıb əsassız məlumatlar verir. Qarabağda görülən işlərə kölgə salmağa çalışılır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, “sosial təminatdan kəsilib, Qarabağın bərpasına yönəldilir” kimi fikirlər də yersizdir:
“Dövlətin bütün hədəfi odur ki, Qarabağın hər bir qarışında cənnət yaransın. Bu gün Qurtuluş ərəfəsində nələrəsə kölgə salırlar. Vaxtilə Surətin qarşısından qaçanlar, Kələkidə soğan əkənlər indi bizə ağıl öyrədir”.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!