Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan rayonlara baş çəkib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Məlumata görə, Paşinyan bölgədə aparılan infrastruktur layihələrinə baxış keçirib. O, İranla Ermənistanı birləşdirən M-2 İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolundakı tikinti və Qafan şəhərinin mərkəzindən keçən çayda beton bəndləmə işləri ilə tanış olub.
Paşinyan səfəri çərçivəsində yerli sakinlərlə də görüşlər keçirib. Daha sonra o, Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnuxu kəndinə gedib, orada sərhəddən köçürülən erməni ailələri üçün tikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak edib.
Qeyd edək ki, daha əvvəl N.Paşinyanın Ermənistanın cənub rayonlarına səfər edəcəyi, orada 3 gün qalacağı ilə bağlı məlumat yayılmışdı.
- İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video
- Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi
- Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab
- Prezidentin işdən çıxartdığı başçı danışdı
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!