İyulda Vaşinqtonda keçiriləcək NATO sammitində əsas diqqət Ukraynanın uzunmüddətli perspektivdə qələbəsinin möhkəmləndirilməsinə yönələcək.
BUTA.TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, son həftələr ABŞ və digər müttəfiqlər Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynaya dəstəyi gücləndiriblər:
“Tərəfdaşların bilməsi vacibdir ki, Ukrayna Silahlı Qüvvələri cəbhə xəttini gücləndirmək və işğalçı qüvvələrin irəliləməsini dayandırmaq üçün lazım olan hər şeyə malikdir”.
Blinken qeyd edib ki, ABŞ Rusiyanı təcavüzünü dayandırmağa məcbur etmək üçün ona qarşı sanksiya təzyiqlərini də artırır:
“Əgər Putin Ukraynanı və ya bizdən hər hansı birini məğlub edə biləcəyini düşünürsə, yanılır. Bizim yardımımız göstərir ki, ölkə Rusiyanın təcavüzünü dəf edə bilər. Bununla belə, biz gələcəkdə Ukraynanın uğur qazanmasına, iqtisadi, hərbi və demokratik aspektlərdə möhkəm dayanmasına əmin olmaq istəyirik. NATO sammiti bu səylərə öz töhfəsini verəcək”.
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!
- Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın
- Kreml AZAL-a görə addım atmadı: Təmkinli davranmalıyıq...
- 1891, ermənilərin milli geyimi bu cür olub - Foto
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır