Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bəlli olub.
BUTA.TV xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizdən "Sumqayıt" "Fehervar" (Macarıstan) kollektivi ilə qarşılaşacaq.
Samir Abasovun yetirmələri ilk oyununu evdə keçirəcək.
"Sabah" isə İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt təmsilçisi ilk görüşünə səfərdə çıxacaq.
Bundan başqa, UEFA Avropa Liqasında “Şerif” – “Zirə” cütünün məğlubu Konfrans Liqasında "Dunayska Ştreda" (Slovakiya) ilə qarşılaşacaq.
Qeyd edək ki, təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də keçiriləcək.
- Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb
- Rusiyalı biznesmen Azərbaycanla bağlı yalan danışır - Rubinyan
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!
- Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın
- Kreml AZAL-a görə addım atmadı: Təmkinli davranmalıyıq...
- 1891, ermənilərin milli geyimi bu cür olub - Foto
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır