Tacikistan Prezidenti İmaməli Rəhman hicab taxmağı qadağan edən qanunu imzalayıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, o, Tacikistan parlamenti tərəfindən qəbul edilən və "yadelli geyimlərin" istifadəsini tənzimləyən "Şənlik və mərasimlərin tənzimlənməsi haqqında" qanunu təsdiqləyib.
Qanunun məqsədi tacik cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır.
Yeni qanun "yadelli geyimlər" qadağasına əməl etməməyə görə cərimə nəzərdə tutur.
Qeyd olunur ki, qanun ictimai yerlərdə qadınların hicab əvəzinə üzün örtülməməsi şərti ilə baş yaylığı bağlamasına icazə verir.
- Kreml Ukraynanın 20%-ni qoparacaq, sonra daha 3 vilayətini...
- Bu müharibədə Azərbaycan vətəndaşlarının iştirakı cinatyətdir!
- Türkiyə Putini gətirmək istəyir ki, nüfuzu qalxsın
- Kreml AZAL-a görə addım atmadı: Təmkinli davranmalıyıq...
- 1891, ermənilərin milli geyimi bu cür olub - Foto
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır
- Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
- Səməd Seyidovun adından saxta açıqlama yayıldı