Mediada Sumqayıt şəhər sakininin qəbul etdiyi spirtli içkidən vəfat etməsi ilə bağlı yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılıb.
Agentlikdən BUTA.TV-a verilən xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, iyunun 22-də saat 01.40 radələrində normadan artıq spirtli içki ilə birgə enerji içkisi qəbul etdikdən sonra Sumqayıt şəhər Xəstəxanasına hospitalizə olunan Familzadə Elfan Elşən oğluna həkimlər tərəfindən alkoqollu sərxoşluq diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Həmin şəxslə telefonla əlaqə saxlanılıb və vəziyyəti qənaətbəxşdir.
Bununla da hadisə zamanı ölüm və ya qida zəhərlənməsi olması xəbəri öz təsdiqini tapmayıb.
AQTA bu kimi yanlış məlumatların yayılmaması üçün vətəndaşları zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməyə, kütləvi informasiya vasitələrini isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməyə çağırıb.
- Kreml AZAL-a görə addım atmadı: Təmkinli davranmalıyıq...
- 1891, ermənilərin milli geyimi bu cür olub - Foto
- Ruslar Bakı ilə münasibətlərin gərginləşməsindən narahatdır
- Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
- Səməd Seyidovun adından saxta açıqlama yayıldı
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır