Məşhur "instagram" fenomeni, özünü ekstrasens kimi təqdim edən Bayram Nurlu ilə bağlı yeni sensasion faktlar ortaya çıxıb. Demokrat-ın əldə etdiyi məlumata görə, bu yaxınlarda Bayram Nurlu xarici səfərdən Bakıya qayıdarkən Heydər Əliyev adına Beynəlxalq Aeroportun "VİP" xidmətlərindən istifadə edib. Bu zaman onun dalınca Azərbaycanın nüfuzlu nazirliklərindən birinə təhkim olunmuş AA seriyalı “BMW" markalı avtomobil göndərilib. Bayram Nurlu həmin avtomobilə əyləşərək, müvafiq ünvana gedib.
Araşdırmamız zamanı məlum olub ki, sözügedən avtomobil hazırda Azərbaycanda nazir müavini vəzifəsində çalışan tanınmış şəxslərdən birinin (adı redaksiyamıza məlumdur - red) xidməti istifadəsindədir. Əldə etdiyimiz məlumata görə, Bayram Nurlunu hava limanında qarşılamaq üçün göndərilən xidməti avtomobil sözügedən nazir müavinin şəxsi tapşırığı ilə olub və bundan həmin Nazirlik sonradan məlumat alıb.
Məsələ ilə bağlı sözügedən nazir müavininin mövqeyini öyrənməyə çalışacağıq.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu